“Avropa İttifaqı ilə Azərbaycan arasında müzakirələr aparılır” – Səfir


“Avropa İttifaqı ( Aİ) və Azərbaycan arasında sıx tərəfdaşlıq istiqamətində müzakirələr aparılır”

APA-nın xəbərinə görə, bunu Niderland Krallığının Azərbaycandakı səfiri Onna Kerves deyib. Səfir bildirib ki, bu müzakirələrə mobillik və viza razılaşmaları da daxildir: “Biz Azərbaycanla bu il aramızdakı diplomatik əlaqələrin 25-ci ildönümünü qeyd edirik. İki ölkə arasında siyasi, ticari, iqtisadi sahələrdə əlaqələr yaxşı inkişaf edib”.

Səfir sonda Azərbaycan hökumətinə qonaqpərvərliyinə görə təşəkkürünü bildirib.

MilliYol.Az