Avropa İttifaqında yeni struktur yaradılır


Aİ Şurası ümumi Avropa Prokurorluğunun (EPPO) yaradılmasını dəstəkləyib

 Bu struktur dələduzluq və Avropa İttifaqının maliyyə maraqları ilə bağlı digər cinayətləri araşdıracaq. 

Oxu.Az-ın məlumatına əsasən, bu barədə təşkilatın yaydığı məlumatda bildirilir. 

Qeyd edilir ki, EPPO-nun mərkəzi Lüksemburqda yerləşəcək.

Yeni strukturun yaradılmasının lehinə Aİ üzvü olan 28 ölkədən 20-si səs verib.

MilliYol.Az
Avropa İttifaqında yeni struktur yaradılır - Milliyol.az