Avropa Liqası: “Qararbağ”ın rəqibi bəlli oldu


UEFA Avropa Liqasının III təsnifat mərhələsinin oyunları başa çatıb
Təsnifat mərhəlsi çərçivəsində İslandiyanın "Valur" klubu ilə Moldovanın "Şerif" klubu üz-üzə gəliblər. Oyun İslandiya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Xatırladaq ki, ilk oyun "Şerif"in 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.

Beləliklə, UEFA Avropa Liqasının "pley-off" mərhələsində "Qarabağ" "Şerif"lə üz-üzə gələcək.

Xatırladaq ki, bu komandalar arasında ilk oyun avqustun 23-də, cavab qarşılaşması isə avqustun 30-da keçiriləcək.
Avropa Liqası: “Qararbağ”ın rəqibi bəlli oldu - Milliyol.az