Avropada şiddətli istilər davam edəcək


Pireney yarımadasında havanın temperaturu 50 dərəcəyə qalxa bilər

Modern.az xarici mediaya istinadən xəbər verir ki, yarımadanın iki ölkəsi - İspaniya və Portuqaliyada Avropanın istilik rekordu qırıla bilər.

Bildirilir ki, temperatur göstərilən dərəcəyə qalxarsa, 1977-ci ildə Yunanıstanın paytaxtı Afinada qeydə alınmış 48 dərəcəlik rekord təzələnəcək.

Qeyd edək ki, Avropada yüksək temperatura səbəb kimi Afrikadan gələn isti hava kütlələri göstərilir.
Avropada şiddətli istilər davam edəcək - Milliyol.az