“Avroviziya 2019”-un məkanı bəlli oldu

“Avroviziya 2019” beynəlxalq mahnı müsabiqəsi İsrailin baş şəhəri Tel-Əvivdə keçiriləcək

 

Avropa Yayım Birliyi ilə İsrailin Dövlət Teleradio Korporasiyası sentyabrın 13-də belə açıqlama yayıblar.

Mahnı müsabiqəsinə Tel-Əvivin Yarmarkalar və Sərgilər Mərkəzi ev sahibliyi edəcək. Birinci yarımfinal mayın 14-nə, ikinci yarımfinal mayın 16-na, final mayın 18-nə təyin olunub.

İctimai teleradioları cəmləşdirən Avropa Yayım Birliyinin 1956-cı ildən keçirdiyi “Avroviziya” yarışının qaydaları qalibə növbəti müsabiqəni təşkil etmək hüququ verir. Portuqaliyanın paytaxtı Lissabonun ev sahibliyi etdiyi “Avroviziya 2018”də israilli müğənni Netta Barzilay qələbə çalıb.(Novator.az)

MilliYol.Az

“Avroviziya 2019”-un məkanı bəlli oldu - Milliyol.az