Aygün Bəylər süni tənəffüs aparatına qoşulub? (AÇIQLAMA)

Əməkdar artist Aygün Bəylər haqqında yayılan xəbərlərə münasibət bildirib.

MilliYol.az olay.az-a istinadən xəbər verir ki, əməkdar artist süni tənəffüs aparatına qoşulması ilə bağlı məlumatın dezinformasiya və təxribat xarakterli olduğunu vurğulayıb:

"Səhhətimlə bağlı yayılan xəbərlərin hamısı yalan və təxribatdır. Xahiş edirəm, yayılan yalanlara inanmayın".

Aygün Bəylər solo konsertə hazırlaşdığını da qeyd edib.

Aygün Bəylər süni tənəffüs aparatına qoşulub? (AÇIQLAMA) - Milliyol.az