Azərbaycan Ermənistandan 63 pillə irəlidədir - Təhlükəsizlik reytinqi


BMT yanında Beynəlxalq Telekommunikasiya İttifaqı dünyada kibertəhlükəsizliyə dair son durumu özündə əks etdirən Global Cybersecurity Index hesabatını açıqlayıb

AzVision.az xəbər verir ki, hesabata əsasən, dünya ölkələrin yalnız 38%-də hakerlərdən müdafiəni təmin edən etibarlı kibertəhlükəsizlik sistemi qurulub, daha 12% ölkə isə belə strategiyanın yaradılması ilə məşğuldur. 

Hesabata əsasən Azərbaycan dünya reytinqdə 48-ci yerdə qərarlaşıb. 

Rusiya siyahıda 10-cu, Türkiyə 43-cü, İran 59, Ermənistan isə 111-ci yerdədir.

Reytinqdə ilk pilləni Sinqapur tutub. İkinci və üçüncü pillədə isə müvafiq ABŞ və Malayziya tutur. 

MilliYol.Az
Azərbaycan Ermənistandan 63 pillə irəlidədir - Təhlükəsizlik reytinqi - Milliyol.az