“Azərbaycan iyun ayında müharibəyə başlayacaq“

"Düşünürəm ki, yayda Azərbaycan müharibəyə başlayacaq, amma bu hərbi əməliyyat genişmiqyaslı olmayacaq".
 
Bunu hərbi ekspert Ara Papyan jurnalistlərlə görüşdə bildirib. Onun sözlərinə görə, 17 – 18 iyunda Azərbaycanda "Formula-1" yarışı keçirəcək və 7 – 8 iyulda Vaşinqtonda NATO-un sammiti gözlənilir:
 
"Azərbaycan tərəfi Dağlıq Qarabağ münaqişəsini sammitin gündəliyinə sala bilmək üçün müharibəyə başlayacaq. Biz "Formula-1"in keçirməsində Azərbaycana mane olmayacağıq, amma onlar Ermənistana Roma Papasının səfərinə mane olacaqlar", - deyə Papyan söyləyib.
 
Onun sözlərinə görə, Azərbaycan erməni tərəfinə sarsıdıcı zərbələr vurmaq üçün 3-4 günlük müharibə edəcək: "Rusiya üçün müharibə, Qarabağı Azərbaycana vermək və beləliklə bu ölkəni Avrasiya İqtisadi İttifaqına daxil etmək üçün əla fürsətdir. Rusiyanın digər bir hədəfi Ermənistanı özünə daha çox bağlı saxlamaqdır", - deyə Ara Papyan qeyd edib. (baku.ws)

"Milli Yol"
“Azərbaycan iyun ayında müharibəyə başlayacaq“ - Milliyol.az