Azərbaycan - Kipr oyunu bu ölkədə keçiriləcək (RƏSMİ)

UEFA Millətlər Liqasının IV turunun Azərbaycan - Kipr oyunu Bakıda keçirilməyəcək.

MilliYol.Az xəbər verir ki, bu barədə Kipr Futbol Assosiasiyası məlmat yayıb. Bildirilib ki, qarşılaşma Albaniyada təşkil olunacaq. Elbasan şəhər stadionunda gerçəkləşəcək.

Oktyabrın 13-də baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Qeyd edək ki, dəyişikliyə səbəb Azərbaycanda hərbi vəziyyət və komendant saatı olub. Oyun əvvəlcədən Bakı Olimpiya Stadionuna təyin edilmişdi.
Oyun əvvəlcədən Bakı Olimpiya Stadionuna təyin edilmişdi.

Azərbaycan - Kipr oyunu bu ölkədə keçiriləcək (RƏSMİ) - Milliyol.az