Azərbaycan millisinin üzvü “İnter“ klubuna keçdi

"Qəbələ"dən ayrılan Ruslan Abışovun yeni klubu rəsmən bəlli olub.

Millimizin üzvü gözlənildiyi kimi "İnter"lə anlaşıb.

MilliYol.Az xəbər verir ki, təcrübəli müdafiəçi Bakı klubu ilə 1+1 illik sözləşməyə qol çəkib. 

Ruslan indiyədək "Neftçi", "Xəzər Lənkəran", "Qəbələ" və Rusiyanın "Rubin" klublarında çıxış edib.

MilliYol.Az 
Azərbaycan millisinin üzvü “İnter“ klubuna keçdi - Milliyol.az