“Azərbaycan qanunlarında hüquqların bərabərliyi əsas götürülüb”


Azərbaycanda əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquqları müəyyən istisnalarla ölkə vətəndaşlarının hüquqları kimi qorunur və bu hüquqlar qanunla müəyyən edilir

MilliYol.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunan "Bərabər hüquqların təmin edilməsi üçün bərabər imkanlar: iştirakçılıq və tərəfdaşlıq" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanda qəbul olunan qanunlarda hüquqların bərabərliyi əsas götürülüb: "Ölkədə dini etiqad azadlığı qorunur".

B.Muradova qeyd edib ki, ictimai-siyasi sifarişləri nəzərə almaqla qanunlarda dəyişikliklər edilir.

MilliYol.Az