Azərbaycan Sambo Federasiyasına yeni vitse-prezident təyin edilib

Azərbaycan Sambo Federasiyasına yeni vitse-prezident təyin edilib. Bu barədə MilliYol.Az-a federasiyadan məlumat verilib.

Məlumata görə, federasiyaya təyin olunan yeni vitse-prezident iş adamı Cavid Səbzəliyevdir. C. Səbzəliyev bu vəzifəyə 5 il müddətinə təyin olunub. 

Qeyd edək ki, C. Səbzəliyev Azərbaycanın ilk kimya sənayesi müəssisəsi olan "Sobsan"ın və eyni zamanda Qafqazın ilk mühərrik yağları istehsalçısı "Technol"un həmtəsisçisidir.

MilliYol.Az
Azərbaycan Sambo Federasiyasına yeni vitse-prezident təyin edilib - Milliyol.az