Azərbaycan və Ermənistan XİN başçıları yenə görüşəcəklər

Azərbaycan və Ermənistan XİN rəhbərləri Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyan yenidən bir araya gələcək

MilliYol.Az Musavat.com-a istinadən xəbər verir ki, nazirlərin görüşü bu ilin sonunadək baş tuta bilər.

Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan bu barədə açıqlamasında bildirib.

Qeyd edək ki, 2018-ci ilin dekabrında İtaliyanın sədrliyi ilə ATƏT-in sammiti planlaşdırılır. Mümkündürmü ki, nazirlər sammit çərçivəsində görüşsünlər? Ermənistan XİN-in sözçüsü bu suala cavab verməyə çətinlik çəkib.

Xatırladaq ki, Azərbaycan və Ermənistan XİN başçıları sonuncu dəfə 26 sentyabrda, BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 73-cü sessiyası çərçivəsində görüşmüşdülər.

“Biz danışıqların həmsədrlərin bölgəyə səfəri də daxil olmaqla, gələn ay davam etdirilməsinə razılaşdıq” - deyə, E.Məmmədyarov görüşdən sonra demişdi.

MilliYol.Az