“Azərbaycan və İran arasında əlaqələr regionda misilsiz olmalıdır”


“Azərbaycan və İran arasında əlaqələr yaxın gələcəkdə daha da inkişaf etdiriləcək”

Bunu APA-nın Tehran bürosuna eksklüziv açıqlamasında İran prezidenti Həsən Ruhaninin ofis direktorunun siyasi məsələlər üzrə müavini  Həmid Abutalibi deyib. O bildirib ki, iki ölkənin əlaqələri hazırda yaxşı səviyyədədir: “Azərbaycan və İran arasında əlaqələr regionda misilsiz olmalıdır. Hazırda  iki ölkənin bir-birinə yaxınlaşması ilə bu, baş verməkdədir. İran və Azərbaycan bir-birinə çox yaxındır”.

 H. Abutalibi qeyd edib ki, İran Azərbaycanla əlaqələrini inkişaf etdirməkdə maraqlıdır. O, tezliklə siyasi, iqtisadi, mədəniyyət və turizm sahələri üzrə münasibətlərdə pozitiv dəyişikliklər baş verəcəyini söyləyib. 

MilliYol.Az