Azərbaycanda 175 kombayn yoxa çıxdı - MÜƏMMA

Son illər Azərbaycanda taxılyığan kombaynların sayında artım olsa da, 2019-ci ilə nisbətən 2021-ci ilin yanvar ayının 1-nə olan məlumata görə, bu texniki qurğunun sayında azalma müşahidə edilib.

MilliYol.Az-ın məlumatına görə, rəsmi rəqəmlərdə göstərilir ki, ölkədə 2019-ci il 3817 ədəd taxılyığan kombayın olub. 2021-ci ilin yanvar ayının 1-də isə birdən birə bu rəqəm 175 ədəd azalaraq 3642 ədəd olub.

2016-cı illə 2018-ci ili müqayisə edəndə Azərbaycanda taxılyığan kombaynların sayında 17 786 ədəd artım var idisə, hazırda bu qurğuların sayında azalma müəmmalı görsənir.

MilliYol.Az