Azərbaycanda daha bir həkim koronavirusdan vəfat etdi

Cəlilabad rayonunda həkim koronavirusun qurbanı olub.

"Report"un məlumatına görə, rayonun Adnalı kənd sakini, 50 yaşlı Müslim Abdıyev COVID-19 xəstəliyindən dünyasını dəyişib.

Qeyd edək ki, həkim bir müddətdir könüllü olaraq koronavirus xəstələrinin müalicəsinə cəlb olunmuşdu.

Mərhum Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında çalışırdı.

Azərbaycanda daha bir həkim koronavirusdan vəfat etdi - Milliyol.az