Azərbaycanda pul bazası artıb


Noyabrda Azərbaycanda pul bazası artıb

Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata görə, ötən ay Azərbaycanda pul bazası 155,2 mln. manat artıb.
 
Başqa sözlə, noyabrda ölkədə pul bazası 1,82% artaraq 8 mlrd. 686,8 mln. manat olub.
 
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu, 984,4 mln. manat və ya 12,78% artım deməkdir.

MilliYol.Az
Azərbaycanda pul bazası artıb - Milliyol.az