Azərbaycanda yeni institut yaradıldı

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) tərkibində Biofizika İnstitutu yaradılıb.

MilliYol.Az report-a istinadən xəbər verir ki, bununla əlaqədar Nazirlər Kabineti "Azərbaycan Milli Elmlər Akademiyasının Strukturu"nda dəyişiklik edib.

Dəyişikliklə bağlı qərarı baş nazirin birinci müavini Yaqub Eyyubov imzalayıb.

MilliYol.Az
Azərbaycanda yeni institut yaradıldı - Milliyol.az