Azərbaycanda zəlzələ: Binalar titrədi, insanlar təlaşda

Bu gün səhər saatlarında Gəncə şəhərində zəlzələ olub.

Qaynarinfo.Az "Report"a istinadən xəbər verir ki, təxminən 25-30 saniyə davam edən yer silkənməsi zamanı bəzi evlərdə ev əşyaları yerə düşərək sınıb.

Binalarda hər hansı bir fəsadın olub-olmaması barədə hələ məlumat verilməyib. Zəlzələ ətraf rayonlarda da hiss olunub.

Azərbaycan Milli Elmlər Akademiyasınəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 08:46-da İmişlidə qeydə alınıb.

Zəlzələnin maqnitudası 5.6, dərinliyi 19 km olub. Zəlzələ ətraf rayonlarda 4 bala qədər hiss olunub.

MilliYol.Az
Azərbaycanda zəlzələ: Binalar titrədi, insanlar təlaşda - Milliyol.az