Azərbaycanın bəzi yerlərində su olmayacaq


Bakı şəhərinin Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsində, həmçinin Hacıqabul rayonunun yaşayış məntəqələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq
Bu barədə  “Azərsu” ASC-dən məlumat verilib.

Məhdudiyyət son günlər intensiv yağıntılar səbəbindən Kür çayında bulanıqlıq səviyyəsinin yüksəlməsilə əlaqədardır.