“Azərbaycanın səfirlikləri yenidən formalaşmalıdır“


“Təəssüflər olsun ki, informasiya müharibəsində öz hüquqlarımızı yetərincə müdafiə edə bilmirik”

Bunu Milli Məclisin deputatı Asim Mollazadə parlamentin Elm və təhsil komitəsinin iclasında deyib.

O qeyd edib ki, Azərbaycanın səfirlikləri yenidən formalaşmalıdır: “Yeni texonologiyaları daha da mükəmməl öyrənməliyik. Burada söhbət həm siyasi, həm də informasiya texnogiyalarından gedir”.

Deputat Musa Qasımlı da çıxışında diaspor işinin gücləndirilməsinin vacibliyini vurğulayıb.

O bildirib ki, ölkə xaricində siyasi mübarizə aparmaq düzgün deyil. Deputat qeyd edib ki, informasiya məkanı başqalarının öhdəsinə buraxmamalıdır/Report.

MilliYol.Az