Azərbaycanlı alim vəfat etdi (FOTO)

Azərbaycanda dosent ölüb.
 
Azərbaycan Texniki Universitetinin (AzTU) İqtisadiyyat və statistika kafedrasının dosenti Natiq Əhmədov uzunsürən xəstəlikdən sonra vəfat edib. 
 
Natiq Əhmədov 1960-cı ildə Bakıda anadan olub. 1986-cı ildən AzTU-da müxtəlif vəzifələrdə çalışıb.  
 
2020-ci ildən Sənaye istehsalının planlaşdırılması və idarə edilməsinin təşkilinin iqtisadiyyatı kafedrasında (indiki İqtisadiyyat və statistika kafedrası) fəaliyyətini davam etdirib.
 
Allah rəhmət eləsin!
 

Azərbaycanlı alim vəfat etdi (FOTO) - Milliyol.az