Azərbaycanlılarla taciklər arasında qanlı dava:onlarla yaralı var


Rusiyanın Nijni Novqorod şəhərində azərbaycanlılarla taciklər arasında dava düşüb

Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, hadisə şəhərin Kanavinsk rayonunda yerləşən bazarda baş verib. 

Məlumata görə, davada hər iki tərəfdən 200-dən çox şəxs iştirak edib. 30-dan çox şəxs bıçaq zərbəsi alıb, xəstəxanaya yerləşdirilib. 20 nəfər isə saxlanılaraq polisə aparılıb.Yerli polis hazırda bazarı bağlayıb, ora heç kim buraxılmır.

Araşdırma gedir.

MilliYol.Az
Azərbaycanlılarla taciklər arasında qanlı dava:onlarla yaralı var - Milliyol.az