Bağçada tərbiyəçilər kişilər olsun


Azərbaycanda bağçada tərbiyəçilərin kişilər olması təklif edilir

Trend-in məlumatına görə, bu təkliflə deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında çıxış edib.

O qeyd edib ki, Yaponiyada bağçalarda tərbiyəçilər ancaq kişilərdən ibarətdir: “Orada qadınları tərbiyəçi kimi işə götürmürlər, hesab edirlər ki, uşaqların tərbiyəsi ilə kişilər məşğul olsa, daha faydalı olar”.

Deputat Azərbaycanda da bu istiqamətdə sosial araşdırmalara başlamağı təklif edib.

MilliYol.Az