Bakı merinin müavini işdən çıxdı

Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsindən azad edilib.

MilliYol.Az-ın məlumatına görə, Fidumə Hüseynova öz ərizəsi əsasında Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsindən azad olunub.

Onun yerinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, Fidumə Hüseynova 2003-2005-ci illərdə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı olub. O, 2005-ci il ilin 18 aprelində Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini təyin edilib. 18 mart 2000-ci il tarixində Əməkdar Müəllim adına layiq görülüb.

 

Bakı merinin müavini işdən çıxdı - Milliyol.az