Bakıda 21 yaşlı oğlanı bıçaqladılar


Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib

Teleqraf.com xəbər verir ki, rayonun NZS qəsəbəsindəki Aşıq Qurban küçəsi ilə evə gedən 1997-ci il təvəllüdlü Sənan Əliyev tanımadığı şəxsin hücumuna məruz qalıb.

Həmin bıçaqla Sənan Əliyevə bir neçə xəsarət yetirib və hadisə yerindən qaçıb.

Yaralı xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib.

Faktla bağlı cinayət işi başlanıb.
Bakıda 21 yaşlı oğlanı bıçaqladılar - Milliyol.az