Bakıda 40 yaşlı kişi özünü asdı


Paytaxtda intihar hadisəsi baş verib

Səbail Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, rayonun Badamdar qəsəbəsi, Seymur Məmmədov küçəsi ev 11, mənzil 6 ünvanında yaşayan 1977-ci il təvəllüdlü Vidadi Məhərrəm oğlu Qubadov yaşadığı iki mərtəbəli binanın damında özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

MilliYol.Az
Bakıda 40 yaşlı kişi özünü asdı - Milliyol.az