Bakıda 57 yaşlı kişi intihar edib

Bakıda intihar hadisəsi baş verib

“Report”un xəbərinə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Maştağa qəsəbəsi, Xanlar küçəsi, ev 38 ünvanında yaşayan 1950-ci il təvəllüdlü Yaşar Əliyev özünü həyətdə ağacdan kəndirlə asaraq öldürüb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü ölüm həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, intiharın səbəbləri araşdırılır.

MilliYol.Az
Bakıda 57 yaşlı kişi intihar edib - Milliyol.az