Bakıda Azərbaycan və İranın hərbi əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun ilk görüşü keçirilir


Bu gün Bakıda Azərbaycan Müdafiə Nazirliyi ilə İran İslam Respublikası Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyi arasında hərbi əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun ilk görüşü başlayıb

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, tərəflər hərbi, hərbi-texniki, hərbi tibb və səhiyyə, mədəni və idman tədbirləri, o cümlədən hərbi-mülki əməkdaşlıq və digər istiqamətləri əhatə edən sahələri müzakirə edəcək.

Görüş oktyabrın 25-dək davam edəcək.

MilliYol.Az
Bakıda Azərbaycan və İranın hərbi əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun ilk görüşü keçirilir - Milliyol.az