Bakıda bu yol 3 gün bağlı olacaq - XƏBƏRDARLIQ


Bakının Balaxanı-Binəqədi yolu 3 gün bağlı olacaq

Lent.az “Azəravtoyol”a istinadən xəbər verir ki, aparılacaq təmir işləri ilə əlaqədar olaraq Sabunçu rayonu  Balaxanı-Binəqədi (Balaxanı qəsəbəsinin mərkəzindən Binəqədi yolunun başlanğıcına kimi) avtonəqliyyat vasitələrinin hərəkəti bu gündən etibarən qismən məhdudlaşdırılacaq.
 
Sözügedən avtomobil yolunda məhdudlaşdırma təmir işləri bitənədək – yəni 3 gün avqust ayının 11- nə kimi qüvvədə olacaq.
 
 
“Azəravtoyol” ASC vətəndaşlardan yarana biləcək narahatlığa görə öncədən üzr istəyir, sürücülərdən alternativ yol kimi Zabrat avtomobil yolu və Ziya Bünyadov prospektindən istifadə etmələrini tövsiyə edir. 

MilliYol.Az
Bakıda bu yol 3 gün bağlı olacaq - XƏBƏRDARLIQ - Milliyol.az