Bakıda direktor 34 min manat mənimsəyib (İDDİA)

Bakıda şirkətdən külli miqdarda pul mənimsənilib.

Lent.az xəbər verir ki, bu barədə Xətai rayonu Xocalı prospektində yerləşən "Grov GROUP Azerbaijan" MMC-nin hüquqşünası İ. Mahmudov polisə müraciətində bildirib. Onun sözlərinə görə, şirkətin direktoru E. Əliyev 2022-ci ilin iyun ayından 2023-cü ilin yanvarınadək müddətdə 34 min 647 manat pul mənimsəyib.

Faktla bağlı araşdırma aparılır.

 

Bakıda direktor 34 min manat mənimsəyib (İDDİA) - Milliyol.az