Bakıda evdən 12 min manat pul oğurlandı


Bakıda evdən külli miqdarda pul oğurlayan şəxs tutulub

Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 29-da rayon ərazisindəki evlərdən birindən 12.000 manatı və 1800 ABŞ dolları, habelə qızıl üzük oğurlamaqda şübhəli bilinən Elvin İsrafilov tutulub.

MilliYol.Az
Bakıda evdən 12 min manat pul oğurlandı - Milliyol.az