Bakıda faciə: qadın sənədsiz sürdüyü avtomobillə...

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Lent.az-ın məlumatına görə, paytaxt sakini, 1973-cü il təvəllüdlü Manafova Pərvin Əli qızı idarə etdiyi "Baic" markalı, 90 AU 871 dövlət qeydiyyat nişanlı avtomobillə 3-cü mikrorayon Asif Məhərrəmov küçəsində 1952-ci il təvəllüdlü Rövşən Qasımovun üstündən keçib. 

Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən piyadanın həyatını xilas etmək mümkün olmayıb və oktyabrın 8-də o, xəstəxanada vəfat edib.
 
İlkin araşdırma zamanı P.Manafovanın idarə etdiyi avtomobilin Murtuza Muxtarov küçəsində qeydiyyatda olan MMC-yə məxsus olduğu müəyyən edilib. Bəlli olub ki, P.Manafovanın sürücülük vəsiqəsi yoxdur və heç bir sənəd olmadan nəqliyyat vasitəsini idarə edirmiş.
 
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

MilliYol.Az
Bakıda faciə: qadın sənədsiz sürdüyü avtomobillə... - Milliyol.az