Bakıda iki avtomobil toqquşdu: 1 ölü


Bakıda ölümlə nəticələnən yol qəzası baş verib

Lent.az xəbər verir ki, Qaradağ rayonunda, Bakı-Ələt yolunun 52-ci kilometrliyində "Wolksfagen" və "VAZ" markalı iki minik avtomobili toqquşub. Nəticədə "VAZ"ı idarə edən 40 yaşlı kişi aldığı xəsarətlərdən vəfat edib.
 
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

MilliYol.Az
Bakıda iki avtomobil toqquşdu: 1 ölü - Milliyol.az