Bakıda maşın 55 yaşlı qadını vurub öldürdü


Bakının Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

“Report” bildirir ki, 1962-ci il təvəllüdlü Sadıqova Aidə Müzəffər qızı Bakıxanov qəsəbəsində yolu keçmək istəyən zaman onu minik avtomobili vurub.

Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.


MilliYol.Az