Bakıda mənzildən çürümüş qadın meyiti tapılıb


Bakıda mənzildən çürümüş meyit tapılıb

APA-nın məlumatına görə, hadisə paytaxtın Nizami rayon unda qeydə alınıb. Rayon ərazisindəki evlərdən birində çürümüş qadın meyiti aşkar edilib.

Araşdırmalar nəticəsində meyiti tapılan şəxsin həmin evin sahibi, 1932-ci təvəllüdlü Lidiya Koruseva olması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

MilliYol.Az
Bakıda mənzildən çürümüş qadın meyiti tapılıb - Milliyol.az