Bakıda sərnişin avtobusu piyadanı vuraraq öldürüb

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib

Hadisə Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, oktyabrın 31-də saat 6 radələrində Abşeron rayon sakini Namiq Məmmədov idarə etdiyi “Daewoo” markalı 130 saylı xətt avtobusla yolu keçən 25-30 yaşlı kişini vurub və nəticədə həmin şəxs hadisə yerində ölüb.

Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

MilliYol.Az

Bakıda sərnişin avtobusu piyadanı vuraraq öldürüb - Milliyol.az