Bakıda taksi qaçırıldı


Bakıda taksi qaçırılıb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, avqustun 11-də Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindən Cəbrayıl rayon sakini Allahyar Hüseynovun idarə etdiyi “London Taxi” markalı avtomobil qaçırılıb.

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rantik Quliyev tutulub, avtomobil "Baksol" yaşayış sahəsində tapılıb.

MilliYol.Az
Bakıda taksi qaçırıldı - Milliyol.az