Bakıda yanğın – Sakinlər təxliyə edildi

Bakıda baş verən yanğında bir nəfər tüstüdən zəhərlənib

FHN-dən verilən məlumata görə, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış elektrik lövhəsində 21 ədəd elektrik sayğacı yanıb.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib, üçü azyaşlı olmaqla 14 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

MilliYol.Az

Bakıda yanğın – Sakinlər təxliyə edildi - Milliyol.az