Bakıda yeniyetmə oğlanı avtomobil vurub


Hadisə o, Yusif Səfərov küçəsində yolu keçmək istəyən zaman olub

Bakının Xətai rayonunda yeniyetmə oğlanı avtomobil vurub.

"Report"un xəbərinə görə, hadisə 2002-ci il təvəllüdlü İbrahimov Eldar Teyyub oğlu Yusif Səfərov küçəsində yolu keçmək istəyən zaman olub.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
Bakıda yeniyetmə oğlanı avtomobil vurub - Milliyol.az