Bakıda yol qəzası: 1 yaralı


Bakıda piyada keçidindən istifadə etməyən kişini avtomobil vurub

Bakının Yasamal rayonunda orta yaşlı kişini avtomobil vurub.

"Report"un xəbərinə görə, hadisə 1984-cü il təvəllüdlü İsgəndərov Babək Novruz oğlu yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçərkən baş verib.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.