Bakıda zəncirvari qəza: maşınlarda uşaqlar da olub

Bakının mərkəzində ağır yol-nəqliyyat hadisəsi baş verib

Oxu.az-ın verdiyi məlumata görə, hadisə Yasamal rayonu, Müşfiq küçəsində, 20 saylı məktəbin yaxınlığında baş verib.

Hadisə zamanı dörd avtomobil toqquşub: “Mercedes”, “BMW”, “Nissan” və “Toyota”. Qəza zamanı “Nissan” avtomobili aşıb.

Hadisə yerinə yol polisinin və təcili yardım briqadasının əməkdaşları cəlb edilib.

Şahidlərin sözlərinə görə, avtomobillərdə uşaqlar da olub. Yaralılar var.

MilliYol.Az

Bakıda zəncirvari qəza: maşınlarda uşaqlar da olub - Milliyol.az