Bakının bu ərazisinə su verilməyəcək

Yasamal rayonunda suyun verilməsi məhdudlaşdırılacaq

“Azərsu” ASC-dən verilən məlumata görə, Yasamal rayonu ərazisindən keçən magistral su kəmərinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədar 18 oktyabr 2018-ci il tarixində gün ərzində Yeni Yasamal yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

MilliYol.Az

Bakının bu ərazisinə su verilməyəcək - Milliyol.az