Baş Polis İdarəsi Müsavatın mitinqi ilə bağlı məlumat yaydı

Bakı şəhər Baş Polis İdarəsi Bakıda keçirilən mitinqlə bağlı məlumat yayıb. MilliYol.Az həmin məlumatı olduğu kimi təqdim edir:

“Sentyabrın 18-də “Müsavat” partiyasının Yasamal rayonundakı “Məhsul” stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin partiyanın və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 500 (beş yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb”.

MilliYol.Az