Bəhreyn aviaşirkəti Bakıya uçuşlara başlayır


Bəhreynin məşhur "Gulf Air" aviaşirkəti iyunun 12-dən Bakıya uçuşlar həyata keçirəcək

"Report" şirkətin internet səhifəsinə istinadən xəbər verir ki, aviareyslər həftədə 5 dəfə yerinə yetiriləcək.

Bu, "Gulf Air"in Azərbaycan bazarına ilk gəlişidir.
Bəhreyn aviaşirkəti Bakıya uçuşlara başlayır - Milliyol.az