Bələdiyyə sədrinə 8 il hökm oxundu


Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron rayonu, Qobu bələdiyyəsinin sədri Ənvər Əmiraslanova hökm oxunub

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əhməd Quliyevin icraatında olan prosesdə Ə.Əmiraslanov 8 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs edilib.

Ə. Əmiraslanov dələduzluqda, mənimsəmədə və saxta sənəd düzəltmədə təqsirləndirilir. İttihama görə, o,  2010-2015-ci illərdə Abşeron rayonu, Qobu bələdiyyəsinin sədri vəzifəsində işləyərkən bələdiyyənin xəzinəsindən 4000 manat mal-material alınması adi ilə çıxarsa da, öz şəxsi mənfəəti üçün xərcləyib. 2013-cü ildə torpaq satmaq adı ilə Namiq Abdullayev, Samir Qəribov və Rəhman Nuriyevdən bələdiyyənin inzibati binasındakı xidməti otağında ümumilikdə 10000 manat pul alaraq, dələduzluq edib. 

MilliYol.Az
Bələdiyyə sədrinə 8 il hökm oxundu - Milliyol.az