“Beşiktaş”dan ilk transfer


Türkiyənin “Beşiktaş” klubu mövsümlərarası fasilədə ilk transferini gerçəkləşdirib

 Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi Doruxan Toközü heyətinə qatıb.

22 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. “Beşiktaş” onun transferi üçün “Əskişəhərspor”a pul ödəməyəcək.

Qeyd edək ki, yarımmüdafiəçi başa çatan mövsümdə keçirdiyi 32 oyunda 1 qol vurub.
“Beşiktaş”dan ilk transfer - Milliyol.az