Beynəlxalq axtarışda olan azərbaycanlı tutulub


Onun yaşadığı evdən xeyli sayda silah və güllə gilizləri aşkarlanıb

Beynəlxalq axtarışda olan azərbaycanlı Ukraynada tutulub.

“Report”un məlumatına görə, axtarışda olan Azərbaycan vətəndaşı, 1986-cı il təvəllüdlü Qasımov İbrahim Əlövsət oğlu Ukraynanın Jitomir şəhər polis idarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

İ.Qasımovun yaşadığı evdən xeyli sayda silah və güllə gilizləri də aşkarlanıb.
Beynəlxalq axtarışda olan azərbaycanlı tutulub - Milliyol.az