Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Laçın yolu ilə bağlı vəsatətini rədd etdi

Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın Ermənistanla sərhəddə Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması ilə bağlı Ermənistanın vəsatətini rədd edib.

MilliYol.az xəbər verir ki, Ermənistan 2023-cü il mayın 12-də Laçın sərhəd-buraxılış məntəqəsinin qanunsuz olması ilə bağlı vəsatətlə məhkəməyə müraciət edib.