Beynəlxalq Valyuta Fondunun missiyası Azərbaycana gələcək


Mart ayının əvvəlində Beynəlxalq Valyuta Fondunun (IMF) qiymətləndirmə missiyasının Azərbaycana səfəri gözlənilir

“Report”un əldə etdiyi məlumata görə, missiya Azərbaycan iqtisadiyyatı ilə bağlı icmal-hesabat hazırlayacaq.

Səfər çərçivəsində IMF rəsmilərinin Azərbaycan hökumətinin iqtisadi blokuna daxil olan qurumların rəhbərləri ilə görüşməsi də planlaşdırılır: “IMF-in Azərbaycana missiyasının səfərinin vaxtı dəqiqləşdirilir. Missiya Azərbaycana iqtisadiyyatda baş verən son prosesləri hökumətlə müzakirə etmək üçün gəlir”.

MilliYol.Az